Putin: İrana hücumlar əsassız və dəlilsizdir
https://parstoday.ir/azeri/news/iran-i11668-putin_İrana_hücumlar_əsassız_və_dəlilsizdir
Rusiya prezidenti Vladimir Putin İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə görüşündə ABŞ və sionist rejimin İranımıza hücumlarını yenidən qətiyyətlə pisləyərək deyib: Bu hücumlar əsassız və heç bir dəlili olmadan həyata keçirilən təcavüzdür.
(last modified 2025-06-24T06:49:03+00:00 )
İyun 23, 2025 13:14 Asia/Baku
  • Putin: İrana hücumlar əsassız və dəlilsizdir

Rusiya prezidenti Vladimir Putin İran Xarici İşlər Naziri Abbas Əraqçi ilə görüşündə ABŞ və sionist rejimin İranımıza hücumlarını yenidən qətiyyətlə pisləyərək deyib: Bu hücumlar əsassız və heç bir dəlili olmadan həyata keçirilən təcavüzdür.

 

Putin qeyd edib ki, Rusiya ilə İran arasında uzunmüddətli, güclü və etibarlı münasibətlər mövcuddur və Moskva İran xalqına dəstək göstərmək, problemin həlli üçün yollar tapmaq üçün çalışır. O, Əraqçiyə ən xoş arzularını İranın Ali Rəhbəri və Prezidentinə çatdırmağı xahiş edib.Əraqçi: İran haqlı olaraq özünü müdafiə edirİran Xarici İşlər Naziri isə öz növbəsində Ali Rəhbərin və Prezidentin salamlarını Putinə çatdıraraq Rusiyanın ABŞ və sionist rejimin hücumlarını qətiyyətlə pisləməsindən məmnunluğunu bildirib.O vurğuladı ki, İran və Rusiya arasında yaxın, strateji əlaqələr mövcuddur və iki ölkə beynəlxalq təhlükəsizlik məsələlərində yaxından məsləhətləşir. Rusiya, İranın Buşehr nüvə stansiyasının tikintisində və nüvə sazişlərinin əldə olunmasında mühüm tərəfdaşdır.Əraqçı Rusiyanın beynəlxalq qanunlara uyğun olaraq, bu təcavüzlərə qarşı mövqeyini yüksək qiymətləndirib.