İranın hücumlarından sonra sionist rejimin ağır iqtisadi zərərləri
İyun 23, 2025 13:17 Asia/Baku
“Sadiq vəd 3” əməliyyatının başlamasından 11 gün keçdikdən sonra sionist rejimin media mənbələri etiraf ediblər ki, İranın raket hücumlarının bu rejimə vurduğu birbaşa iqtisadi zərərlər təqribən 1.3 milyard dollar olaraq qiymətləndirilir.
Sionist rejimin iqtisadi qəzeti “Marker”, rejimin Maliyyə Nazirliyindəki bir mənbəyə istinadən yazıb:İranın işğal olunmuş ərazilərə etdiyi raket hücumlarının birbaşa zərərləri təxminən 5 milyard şekel (təxminən 1.3 milyard dollar) olaraq hesablanıb.Həmin mənbə əlavə edib ki, 7 oktyabr 2023 Həmasla başlayan müharibədən İranla münaqişəyə qədər rejimin daxili cəbhəsinə dəyən birbaşa zərərlər isə 2.5 milyard şekel (təxminən 650 milyon dollar) civarındadır.
Teqlər