Təxt Rəvançi: İran NPT-nin öhdəliyinə sadiq qalaraq uranı zənginləşdirməyə davam edəcək
https://parstoday.ir/azeri/news/iran-i11674-təxt_rəvançi_İran_npt_nin_öhdəliyinə_sadiq_qalaraq_uranı_zənginləşdirməyə_davam_edəcək
İranın xarici işlər nazirinin siyasi müavini Məcid Təxt Rəvançi Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) öhdəliyinə sadiq bir üzv olaraq, uranın sülh məqsədli və ölkənin ehtiyacları üçün zənginləşdirilməsini davam etdirəcək. O vurğulayıb ki, bu müqavilə çərçivəsində heç bir ölkə İrana nə etməli olduğunu diktə edə bilməz.
(last modified 2025-06-24T03:51:42+00:00 )
İyun 23, 2025 15:50 Asia/Baku
  • Təxt Rəvançi: İran NPT-nin öhdəliyinə sadiq qalaraq uranı zənginləşdirməyə davam edəcək

İranın xarici işlər nazirinin siyasi müavini Məcid Təxt Rəvançi Almaniyanın ARD telekanalına verdiyi müsahibədə bildirib ki, İran Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinin (NPT) öhdəliyinə sadiq bir üzv olaraq, uranın sülh məqsədli və ölkənin ehtiyacları üçün zənginləşdirilməsini davam etdirəcək. O vurğulayıb ki, bu müqavilə çərçivəsində heç bir ölkə İrana nə etməli olduğunu diktə edə bilməz.

 

Təxt Rəvançi, ABŞ-nin İranın nüvə obyektlərinə etdiyi hücumu açıq-aşkar təcavüz və cinayət adlandırıb və bəzi ölkələrin bu cinayəti görməzlikdən gəldiyini deyib. O bildirib ki, İran BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünü müdafiə etmək hüququnu saxlayır, lakin hərbi cavabın detalları açıqlanmayıb.

 

ABŞ və İsraillə hücum şəraitində danışıqların mənasız olduğunu bildirən Təxt Rəvançi, qeyd edib ki, İran 13 iyun tarixində danışıqlar aparırdı ki, həmin vaxt hücum baş verib.

 

O, İran xarici işlər nazirinin Rusiyaya səfərinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan bu ölkə ilə məsləhətləşmələr çərçivəsində baş verdiyini və İran-Rusiya arasında uzunmüddətli hərbi əməkdaşlıq olduğunu qeyd edib.

Eyni zamanda, Almaniya kanslerinin "İsrail bizim üçün çirkli işi görür" açıqlamasını tənqid edərək, Almaniyanın bir təcavüz qurbanı olan İranı müdafiə etməsinin vacibliyini bildirib.