General-polkovnik Musəvi: Netanyahunu aciz hala salana qədər cəzalandırmağı qüdrətlə davam etdirəcəyik
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Səid Əbdürrəhim Musəvi bu gün, 23 İyun, televiziyaya verdiyi mesajda Amerikanın İranın nüvə obyektlərinə vəhşicəsinə hücumuna işarə edərək dedi: Tramp bütün beynəlxalq qanunların tapdalayaraq əziz və müqəddəs vətənimiz İranın hava məkanına daxil olub, üç nöqtəyə hücum etdi və bəzi zərərlər də vurub.
O əlavə etdi: Bu ağılsız hərəkətdən doğan ziyanın miqdarından asılı olmayaraq, bu cinayət Allahın köməyi ilə cavabsız qalmayacaq.
Baş Qərargah rəisi vurğuladı: Trampın bu addımı, acizlikdən və öz muzdlu qüvvəsi olan sionist rejimi və şəxsən Netanyahunu xilas etmək üçün atılıb. Çünki onun zəiflik və məğlubiyyət əlamətlərini görəndə, bu hərəkətlə ona süni nəfəs vermək istədi. Amma bu çox böyük bir səhv idi.
General Musəvi əlavə etdi: Biz bundan öncə də bu cür addımların nəticələri barədə xəbərdarlıq etmişdik. Netanyahunu aciz vəziyyətə çatdıranadək, Allahın izni ilə cəzalandırma əməliyyatı yüksək səviyyədə davam edəcək. ABŞ-nin bu səhv addımına da, təcavüzə uyğun və qəti şəkildə cavab verəcəyik.
O, İran xalqına təşəkkür edərək dedi: Bir daha bu əziz, bənzərsiz və vəziyyəti düzgün qiymətləndirən xalqıma təşəkkür edirəm. Xalqın iştirakı, ruhiyyəsi, dözümü, həmrəyliyi və yardımı – ki, müqəddəs müdafiə dövrünü xatırladır – Silahlı Qüvvələr üçün dayaq və raketlərimizin, pilotsuz təyyarələrimizin yanacağıdır.
General Musəvi əlavə etdi: Belə bir millətin övladları - Silahlı Qüvvələrimiz - heç vaxt təcavüzkarla barışmayacaq və güclü cavab verəcəklər, İnşallah.