İranın BMT-dəki nümayəndəliyi: İsrail rejimi və ABŞ diplomatiyanı məhv etdilər
BMT-də İran İslam Respublikasının nümayəndəliyi bəyan edib ki, ABŞ bir daha çəkinmədən öz təhlükəsizliyini, sionist rejimin baş naziri sionist Binyamin Netanyahunun təhlükəsizliyi uğrunda qurban verib. İran nümayəndəliyi bildirib: İsrail rejimi və Amerika Birləşmiş Ştatları diplomatiyanı məhv ediblər.
Netanyahu, beynəlxalq axtarışda olan bir hərbi cinayətkarı kimi ABŞ-nin xarici siyasətini ələ keçirib və bu ölkəni növbəti baha başa gələn bir qarşıdurmaya sürükləyib.
Şübhəsiz ki, ABŞ, İngiltərə, Fransa, İsrail rejimi və Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru, İranda günahsız mülki şəxslərin — xüsusilə qadınlar və uşaqların — həlak olmasının və mühüm mülki infrastrukturun dağıdılmasının tam məsuliyyətini daşıyırlar.