Sionist rejimin İranla müharibəni bitirmək üçün səyləri
https://parstoday.ir/azeri/news/iran-i11684-sionist_rejimin_İranla_müharibəni_bitirmək_üçün_səyləri
İran İslam Respublikasının "Vəd Sadiq 3" əməliyyatı çərçivəsində sionist rejimə ağır zərbələr endirməsindən sonra, sionist media mənbələri bu rejimin rəsmilərinin qarşıdakı günlərdə müharibəyə son qoymaq üçün ciddi səylər göstərdiyini açıqlayıblar.
(last modified 2025-06-24T05:51:34+00:00 )
İyun 23, 2025 17:50 Asia/Baku
  • Sionist rejimin İranla müharibəni bitirmək üçün səyləri

İran İslam Respublikasının "Vəd Sadiq 3" əməliyyatı çərçivəsində sionist rejimə ağır zərbələr endirməsindən sonra, sionist media mənbələri bu rejimin rəsmilərinin qarşıdakı günlərdə müharibəyə son qoymaq üçün ciddi səylər göstərdiyini açıqlayıblar.

 

Sionist rejimin hərbi radiosu, rejim rəsmilərinə istinadən bildirib ki, onlar ümid edirlər yaxın bir neçə gün ərzində İranla müharibəni sona çatdıra biləcəklər.

Mənbələrin bildirdiyinə görə, sionist rəsmilər ictimaiyyətə, guya İranla aparılan müharibədə hədəflərinə çatdıqları görüntüsünü yaratmağa çalışırlar.