İran raketlərinin törətdiyi güclü partlayışlar işğal olunmuş ərazilərin cənubunu silkələyib
(last modified Tue, 24 Jun 2025 09:26:58 GMT )
İyun 24, 2025 13:26 Asia/Baku
  • İran raketlərinin törətdiyi güclü partlayışlar işğal olunmuş ərazilərin cənubunu silkələyib

 İranın yeni raket atışlarından sonra işğal olunmuş ərazilərin mərkəzində və cənubunda xəbərdarlıq sirenləri səslənib və bu raketlərin törətdiyi güclü partlayışlar işğal olunmuş ərazilərin cənubunu silkələyib.

 

Qətərin Əl-Cəzirə telekanalı bu xəbəri İsrail ordusu radiosuna istinadən açıqlayaraq bildirib: İran çərşənbə axşamı Tehran vaxtı ilə səhər saat 7-də atəşkəs rejiminə əməl etməzdən əvvəl İsrail rejiminə son zərbəni vurmaq istəyib.Əl-Cəzirə əlavə edib: Təl-Əviv bölgəsində və İordan çayının qərb sahilindəki qərb yamaclarındakı yaşayış məntəqələrində bir neçə dəfə xəbərdarlıq sirenləri səslənib və Təl-Əvivə eniş etmək üçün yola çıxan təyyarələr istiqamətini dəyişərək geri qayıdıblar.Livan mediası da bildirib ki, İsrail rejiminin bu gün səhər saatlarında Tehran və İranın şimalındakı ərazilərə hücumlarına cavab olaraq, İran raketləri İsrailin Birşəba yaşayış məntəqələrindəki hədəfləri vurub.