Netanyahunun ifşa etdiyi sirr
(last modified Tue, 24 Jun 2025 10:15:47 GMT )
İyun 24, 2025 14:15 Asia/Baku
  • Netanyahunun ifşa etdiyi sirr

Ötən cümə günü sionist rejimin baş naziri Benyamin Netanyahu və bu rejimin müdafiə naziri İsrail Kats sionist rejimin ordusunun əsgərləri ilə görüşərək onların ruh yüksəkliyini artırmağa çalışıblar. Lakin bu görüşlər zamanı sionist rejimin gizlətməyə çalışdığı bir sirr ifşa olundu.

 

Sionist rejim hər zaman senzura aparatını daha da fəallaşdıraraq, xüsusilə İranla toqquşmalar zamanı bu rejimə dəyən zərbə və itkiləri inkar etməyə çalışıb. Bu rejim öz KİV-lərindən istifadə edərək güclü bir imic yaratmağa səy göstərir, zəiflik və məğlubiyyət xəbərlərini gizlədir, əvəzində şişirdilmiş və bəzən də yalan “qələbələrini” geniş şəkildə yayır. Bununla belə, bəzən istəmədən yayılan məlumatlar və ya əvvəllər təkzib olunmuş xəbərlərin sonradan doğru çıxması göstərir ki, geniş miqyaslı səylərə baxmayaraq, rejimin informasiya üzərində tam nəzarəti yoxdur.İsrailin son yalanlarının qeyri-ixtiyari şəkildə ifşa olunmasının ən yeni nümunəsi İranın sionist rejimin hərbi kəşfiyyat baş idarəsi və onun əsas bölməsi olan 8200-cü bölməyə qarşı raket hücumunun uğursuz hesab edilməsi ilə bağlıdır. İranın yaydığı məlumatlara görə, hərbi kəşfiyyat baş idarəsi və 8200-cü bölmənin binası yalnız hücuma məruz qalmayıb, həm də bir neçə İsrail əsgəri bu hücum nəticəsində həlak olub. Bununla belə, sionist rejim bu məsələni inkar edirdi.Keçən cümə günü Netanyahu və müdafiə naziri Kats sionist rejimin hərbi kəşfiyyatının işçiləri ilə ayrıca görüşüblər. Rejimin yüksək rütbəli hərbçiləri də bu görüşdə onları müşayiət edib. Netanyahunun və Katsın bu görüşünün yayımlanan görüntülərinin təhlili göstərir ki, bu görüşlər hərbi kəşfiyyat baş idarəsinin əsas binasında deyil, müvəqqəti bir binada baş tutub. Bu da göstərir ki, hərbi kəşfiyyat baş idarəsinin əsas binası o qədər zərər görüb ki, orada hətta bir saatlıq qısa bir görüş keçirmək belə mümkün olmayıb – halbuki sionist rejim bu məsələni bütün media gücü ilə inkar etmişdi.Diqqətəlayiq başqa bir məqam isə odur ki, baş nazir və müdafiə naziri xüsusi olaraq hərbi kəşfiyyat baş idarəsinin əsgərləri ilə görüşməyə israr ediblər. Hər ikisi İsrail ordusu ilə ən sıx əlaqədə olan şəxslər olaraq, birbaşa yalnız bir bölmənin – hərbi kəşfiyyat baş idarəsinin əsgərləri ilə görüşüblər və bu görüş yəhudilər üçün xüsusi müqəddəsliyi olan Şənbə axşamından əvvəlki saatlarda baş tutub.Bəzi mütəxəssislər hesab edirlər ki, Netanyahu bu görüş vasitəsilə AMAN əsgərlərinin ruhiyyəsini yüksəltməyə çalışması, onlara dəyən itkilərlə bağlıdır. Netanyahu bu yolla onların vəziyyətini bir qədər yaxşılaşdırmağa çalışıb.