Bəqayi: İranın müdafiə addımı dost və qonşu ölkə Qətərə qarşı qiymətləndirilməməlidir
(last modified Wed, 25 Jun 2025 10:46:55 GMT )
İyun 25, 2025 14:46 Asia/Baku
  • Bəqayi: İranın müdafiə addımı dost və qonşu ölkə Qətərə qarşı qiymətləndirilməməlidir

Xarici İşlər Nazirliyinin sözçüsü İranın müdafiə hərəkətinin dost və qonşu ölkə Qətərə qarşı qiymətləndirilməməsinin lazım olduğunu vurğulayıb və deyib: İran Qətər və digər qonşu ölkələrlə həmişə mehriban qonşuluq prinsipinə sadiqdir.

 

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi dünən gecə İranın Qətərdəki ABŞ hərbi bazasına hücumuna toxunaraq, X sosial şəbəkəsində yazıb: İranın ABŞ-ın “Əl-Udeyd” bazasına raket zərbələri BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni müdafiə hüququndan istifadə etməklə və ABŞ-nin 2025-ci il iyunun 22-də İranın ərazi bütövlüyü və milli suverenliyinə qarşı hərbi təcavüzünə cavab olaraq həyata keçirilib.Xarici İşlər Nazirliyinin sözçüsü bu müdafiə hərəkətinin dost və qonşu ölkə Qətərə qarşı hesab edilməməsinin lazım olduğunu vurğulayıb və deyib: İran İslam Respublikası bu ölkə ilə yaxşı və köklü əlaqələrə sadiqdir.İranın Qətər və digər qonşu ölkələrlə həmişə mehriban qonşuluq prinsipinə sadiq qaldığını bildirən Bəqayi deyib: Biz ABŞ və sionist rejimin İrana qarşı təcavüzkar hərəkətləri və şər siyasətlərinin bizimlə regiondakı qardaşlarımız arasında fitnə və təfriqə salmasına imkan verməməkdə qərarlıyıq.