Əraqçi: İranın Əl-Üdeyd bazasına hücumu qanuni müdafiə haqqı çərçivəsində həyata keçirilib
(last modified Wed, 25 Jun 2025 10:52:00 GMT )
İyun 25, 2025 14:52 Asia/Baku
  • Əraqçi: İranın Əl-Üdeyd bazasına hücumu qanuni müdafiə haqqı çərçivəsində həyata keçirilib

İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin baş naziri və xarici işlər naziri ilə telefon danışığında bildirib ki, İranın Qətərdə yerləşən ABŞ-nin Əl-Üdeyd hərbi bazasına qarşı həyata keçirdiyi raket əməliyyatı, ABŞ-nin İrana qarşı hərbi təcavüzünə qanuni müdafiə çərçivəsində verilmiş cavab olub və bu heç bir halda Qətərə qarşı yönəlmiş bir hərəkət kimi qəbul edilməməlidir.

 

Seyid Abbas Əraqçi, İranın xarici işlər naziri, ötən gecə Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al-i Sani ilə telefon danışığı zamanı qeyd edib ki, İran Silahlı Qüvvələrinin Əl-Üdeyd bazasına qarşı raket hücumu 22 iyun tarixində ABŞ tərəfindən İranın ərazi bütövlüyünə və milli suverenliyinə qarşı həyata keçirilmiş hərbi təcavüzə cavab olaraq baş tutub. Əraqçi vurğulayıb ki, bu addım dost və qardaş Qətər dövlətinə qarşı yönəlmiş bir hücum kimi hesab olunmamalıdır.O əlavə edib ki, İran region ölkələri ilə dostluq münasibətlərinin qorunmasına və Qətərin bölgədə sabitliyin təminindəki konstruktiv roluna böyük önəm verir. O, həmçinin ABŞ və sionist rejimin İrana qarşı təxribatçı siyasətinə toxunaraq qeyd edib ki, İran bu kimi hərəkətlərin region ölkələri ilə olan münasibətlərə mənfi təsir göstərməsinə imkan verməyəcək və bu istiqamətdə yaxın qonşularla məsləhətləşmələri davam etdiriləcək. Əraqçi, Qətər rəsmilərinin ABŞ və sionist rejimin təcavüzkar siyasətlərini qınamasını və bölgədə təhlükəsizliyin pozulmasının qarşısını almaq üçün göstərdikləri konstruktiv səyləri yüksək qiymətləndirib.Qətərin baş naziri və xarici işlər naziri isə öz növbəsində bölgədə sabitliyin və təhlükəsizliyin qorunması üçün ölkələrinin konstruktiv rol oynamağa sadiq qaldığını vurğulayıb və bu istiqamətdə əməkdaşlığa hazır olduqlarını bildirib.