İran İslam Şurası Məclisi hökumətin BAEA ilə əməkdaşlığını dayandırmasını təsdiqlədi
(last modified Wed, 25 Jun 2025 11:30:08 GMT )
İyun 25, 2025 15:30 Asia/Baku
  • İran İslam Şurası Məclisi hökumətin BAEA ilə əməkdaşlığını dayandırmasını təsdiqlədi

 İran İslam Şurası Məclisinin deputatları bu gün, 2025-ci il iyunun 26-da keçirilən açıq iclasda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığın dayandırılması barədə hökumətə öhdəlik qoyan qanun layihəsinin ümumi və detallı bəndlərini təsdiq etdilər.

 

İclasda iştirak edən 223 deputatdan 221-i lehinə, 1 nəfər bitərəf, əleyhinə səs verən olmayıb.Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rizayi bildirib ki, layihə iyunun 25-də komissiyada müzakirə olunub, müəyyən dəyişikliklərlə təsdiq edilib və səsverməyə çıxarılıb.