Bəqayi: İran regionda əməkdaşlığın gücləndirilməsi üçün heç bir səydən çəkinməyəcək
(last modified Wed, 25 Jun 2025 11:32:29 GMT )
İyun 25, 2025 15:32 Asia/Baku
  • Bəqayi: İran regionda əməkdaşlığın gücləndirilməsi üçün heç bir səydən çəkinməyəcək

 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi, Ərəb və İslam ölkələrinin İranla həmrəyliyini ifadə etdiklərinə və sionist rejimlə ABŞ-nin İranın ərazi bütövlüyünə və suverenliyinə qarşı təcavüzlərini qətiyyətlə pislədiklərinə görə təşəkkür edib. O vurğulayıb ki, İran İslam Respublikası bölgə ölkələri arasında anlaşma və əməkdaşlığın gücləndirilməsi, daxili təhlükəsizlik və sabitliyin təmin olunması istiqamətində heç bir səydən imtina etməyəcək.

 

Bəqayi, Ərəb Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin fövqəladə xarici işlər nazirləri toplantısında İranın ABŞ-nin Əl-Üdeyd bazasına qarşı müdafiə əməliyyatı ilə bağlı yayımladığı bəyanata cavab olaraq bildirib ki, İranın həmin bazanı hədəfə alması BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən qanuni müdafiə haqqının həyata keçirilməsi olub və bu, heç bir halda qardaş ölkə Qətərə qarşı yönəlmiş bir addım kimi qiymətləndirilməməlidir.O, həmçinin Körfəz ölkələri, o cümlədən Qətərlə mehriban qonşuluq və dostluq münasibətlərini davam etdirmək və möhkəmləndirmək niyyətində olduqlarını bildirib və Əməkdaşlıq Şurasının İran əleyhinə təcavüzlərin dayandırılması, eləcə də Qəzza zolağında və İordan çayının qərb sahilində sionist rejimin soyqırımı cinayətlərini pisləməsi mövqeyinə görə təşəkkürünü bildirib.