Niyə BAEA “Dimona”nı görmür, amma İranın nüvə obyektlərinə gözünü zilləyib?
Fransada yaşayan livanəsilli hüquqşünas və siyasi təhlilçi Andre Şami, Beynəlxalq Atom Enerjisi Agentliyinin İsrailə qarşı səssiz, İrana qarşı isə təzyiqçi davranışını kəskin tənqid edib və bu qurumu beynəlxalq sistemdə ayrıseçkilik və ədalətsizliyi dərinləşdirməkdə günahlandırıb.
Şami İRNA-ya müsahibəsində deyib ki, BAEA artıq bitərəf bir qurum deyil və Qərbin və sionist rejimin siyasi təzyiqləri altında fəaliyyət göstərir. Onun sözlərinə görə, Agentliyin İsrailin nüvə silahları ilə dolu Dimona reaktoruna göz yumması, əvəzində isə İranın dinc nüvə proqramına qarşı təzyiqləri beynəlxalq hüququn əsas prinsiplərini pozur.O, həmçinin BAEA rəhbəri Rafael Qrossi ilə sionist rejim rəsmiləri arasında aparılan gizli təmaslara diqqət çəkərək bu qurumun legitimliyinin sual altına düşdüyünü bildirib. Şaminin fikrincə, İranla bağlı təqdim edilən hesabatların bir çoxu şübhəli və saxta məlumatlara əsaslanır və məqsəd İranın suverenliyini zəiflətmək və nüvə proqramını tam nəzarətə almaqdır.Şami əlavə edib ki, BAEA 1957-ci il əsasnaməsinə əsasən yalnız sülhməramlı nüvə istifadəsini təşviq etməli və təhlükəli hərbi fəaliyyətlərə qarşı bitərəf və obyektiv nəzarət funksiyasını yerinə yetirməlidir. Lakin bu qurum qərb siyasi alətlərindən birinə çevrilərək etimad böhranı yaradıb.“Dimona kimi şübhəli obyektlərə göz yummaq, yalnız BAEA-nın əsasnaməsini pozmaq deyil, həm də qlobal sülh üçün ciddi təhlükədir”, deyə Şami vurğulayıb