Bəqayi: İşğalçı rejimi dəstəkləyən dövlətlər cinayətlərin "cəzasız qalmasının" əsas səbəbkarıdır
Xarici İşlər Nazirliyinin sözçüsü Fələstin xalqına qarşı soyqırımın davam etməsini, Qəzzənin müxtəlif bölgələrində, o cümlədən humanitar yardım qəbul mərkəzlərində onlarla mülki şəxsin qətliamını, Qəzzə zolağının blokadasının davam etməsini və Qəzzə xalqının yemək, su və dərmandan məhrum edilərək yüzlərlə insanın tədricən ölməsinə səbəb olan şəraiti, həmçinin Məscidi-Əqsaya qarşı təhqirlərin və sionist rejim mənsubları ilə məskunlaşanların fələstinli gəncləri qətlə yetirməsinin davamını sərt şək
Yalnız son 12 saat ərzində, aralarında çoxlu sayda günahsız uşağın da olduğu 60-dan artıq günahsız insanın sionist rejimin hücumları nəticəsində şəhid olduğunu vurğulayan Bəqayi, bu qədər açıq insan hüquqları və humanitar hüquq pozuntuları qarşısında, xüsusilə BMT Təhlükəsizlik Şurası, İnsan Hüquqları Şurası, Beynəlxalq Qızıl Aypara Komitəsi kimi müvafiq beynəlxalq qurumların səssizliyini utancverici və əsla izah edilə bilməz bir vəziyyət adlandırdı.