HƏMAS və Əl-Qəssam şəhid Səid İzədinin şəhadəti münasibətilə baş sağlıqı verdilər
İyun 26, 2025 19:50 Asia/Baku
Əl-Qəssam Briqadaları və HƏMAS hərəkatı ayrıca bəyanatlar yayaraq İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri və İranın Fələstin məsələləri üzrə məsulu şəhid Səid İzədinin şəhadəti münasibətilə başsağlığı verib və onun Fələstin müqavimətinə verdiyi mühüm və davamlı dəstəyi yüksək qiymətləndiriblər.
HƏMAS bəyanatında bildirib ki, şəhid İzədi Fələstin müqavimət qruplarına müxtəlif sahələrdə əsaslı dəstək göstərən aparıcı qüvvələrdən biri olub və o, Fələstin idealına xidmət yolunda gecə-gündüz yorulmadan çalışıb.
Bəyanatın sonunda qeyd olunub: “Şəhid Hacı Ramazanın tökülən qanı müqavimət yolunda qələbə və azadlıq üçün yanacaq olaraq qalacaqdır.”
Teqlər