“Hüseyn İranı, həmişə qalibdir” – "İmam Hüseynin (ə) Südəməri " mərasimində anaların fəryadı
Bu gün 27 İyun, Məhərrəm ayının ilk cüməsində, İmam Hüseynin (ə) 6 aylıq körpəsi Həzrət Əli Əsğərin (ə) xatirəsinə həsr olunan İmam Hüseynin (ə) Südəməri mərasimi , “İran Hüseynlədir, həmişə qalibdir” şüarı ilə, sionist rejimin vəhşicəsinə və qeyri-insani hücumlarında şəhid olmuş 12 azyaşlı uşağın xatirəsinə ehtiramla, analar və körpə uşaqlarının izdihamlı və möhtəşəm iştirakı ilə Tehran İmam Xomeyni (r.ə) müsəllasında və ölkənin hər nöqtəsində məscid və hüseyniyyələrdə keçirildi.
Bu il İmam Hüseynin (ə) Südəməri mərasimi, sionist işğalçı rejimin İranın günahsız insanlarını, qadınlarını, hamilə analarını və uşaqlarını şəhid etməklə öz vəhşiliyinə, hökmranlıq iddiasına və rəzilliyinə bir daha möhür vurduğu şəraitdə, şəhid uşaqların əziz xatirəsini yaşatmaqla keçirildi.
Bu əzadarlıq mərasiminin əsas məqsədi – Aşura mədəniyyətini yeni nəsillərə ötürmək, Həzrət Əli Əsğəri (ə) müqavimətin simvolu kimi yad etmək, analarla körpələr arasında mənəvi bağ yaradaraq birlik, həmrəylik hissini gücləndirmək nəhayət, işğalçı və qəsbkar rejimə qarşı nifrət və qəzəbi bəyan etməkdir.