İranın Çindəki səfiri: Hazırkı şərait danışıqlar üçün uyğun deyil
İranın Çindəki səfiri vurğulayıb: Hazırkı şərait danışıqlar üçün uyğun deyil. Müharibə şəraitində, raket atəşi altında danışıqlara fürsət yoxdur. Bununla yanaşı, son təcavüz zamanı beynəlxalq sistemin hüquqi mexanizmlərinin zəif fəaliyyəti, onların təsirsizliyi və fəaliyyətsizliyi aydın şəkildə göründü.
Əbdülrza Rəhmani Fəzli – İranın Çindəki səfiri, sionist rejimin İrana qarşı təcavüzündən sonra Çinin verdiyi dəstəyə görə təşəkkür edərək deyib: Çin elə ilk andan etibarən İranın ərazi bütövlüyü və milli suverenliyinə qarşı olan bu təcavüzü pislədi, hücumların dayandırılmasını tələb etdi və bu istiqamətdə çoxsaylı diplomatik səylər göstərdi ki, onlara səmimi təşəkkürümüzü bildiririk.
İran Çindəki tam səlahiyyətli nümayəndəsi, çinli media ilə ilk mətbuat konfransında ABŞ-llə aparılan danışıqların davamı ilə bağlı deyib: Biz heç vaxt danışıqlar masasını tərk etməmişik və İranın dinc məqsədli nüvə fəaliyyəti qanunlara, beynəlxalq qaydalara və saziş öhdəliklərinə uyğun şəkildə həyata keçirildiyi üçün bu mövzuda danışıqlardan və dialoqdan çəkinmirik.
Rəhmani Fəzli, ABŞ-nin birtərəfli şəkildə Birgə Hərtərəfli Fəaliyyət Planından çıxması və onların son dolayı danışıqlarda verdiyi vədlərə əməl etməməsinə toxunaraq deyib: Bizim danışıqlardan qorxumuz yoxdur və daim danışıqlara hazırıq. Lakin hazırkı şərait danışıqlar üçün uyğun deyil. Müharibə şəraitində və raket atəşi altında danışıqlara fürsət olmur. Bundan əlavə, son təcavüz beynəlxalq hüquq sisteminə aid mexanizmlərin pis işlədiyini, fəaliyyətsizliyini və səmərəsizliyini bir daha nümayiş etdirdi.