Təxt-Rəvançi: Nüvə danışıqlarının bərpası təcavüzkar hərəkətlərin dayandırılması şərtinə bağlıdır
Ölkəmizin Xarici İşlər Nazirinin siyasi məsələlər üzrə müavini bəyan edib ki, nüvə danışıqlarının bərpası üçün əsas şərt, İran İslam Respublikasına qarşı təcavüzkar hərəkətlərin dayandırılmasıdır. Hələlik ABŞ bu barədə aydın mövqe ortaya qoymayıb.
Məcid Təxt-Rəvançi BBC xəbər şəbəkəsinə İran və ABŞ arasında nüvə danışıqlarının perspektivləri ilə bağlı verdiyi müsahibədə deyib:“Vaşinqtondan eşidirik ki, onlar müzakirələrə maraqlıdırlar, lakin heç bir tarix müəyyən olunmayıb. Eləcə, biz də heç bir tarixlə razılaşmamışıq və danışıqların çərçivəsi barədə heç bir razılaşma əldə olunmayıb.”O əlavə edib:“Hazırda biz cavab gözləyirik ki, danışıqlar başladığı anda yenidən təcavüzkar hərəkətlərlə üz-üzə qalacağıqmı, yoxsa yox? Amerika indiyədək bu barədə aydın mövqe bildirməyib.”Xarici işlər nazirinin müavini, tərəflər arasında sanksiyaların ləğvi qarşılığında İranın zənginləşdirməni dayandırması ilə bağlı mümkün razılıq barədə suala cavabında bildirib:“Biz niyə belə təkliflə razılaşmalıyıq? Bizim 60 faiz zənginləşdirməmiz sülhməramlı məqsədlər üçün istifadə olunur. Əlbəttə, onun səviyyəsi və həcmi müzakirə mövzusu ola bilər, amma kimlərsə deyir ki, zənginləşdirməni tam dayandırmalısınız, əks halda bombalanacaqsınız – bu artıq məntiq deyil, bu, meşə qanunudur.”O, İranın nüvə obyektlərinə dəyən zərərin miqdarı barədə dəqiq qiymətləndirmə verə bilməyəcəyini söyləyib. Təxt-Rəvançi həmçinin Avropa liderlərinin Amerika və sionist rejimin təcavüzkar hərəkətlərini müdafiə edən mövqelərini tənqid edərək deyib:“İranın nüvə proqramını tənqid edənlər, bunun əvəzinə, İrana qarşı törədilən hərəkətləri qınamalı və ABŞ ilə İsrail rejimini beynəlxalq hüququ pozduqlarına görə cavabdeh tutmalıdırlar.”O əlavə edib:“Əgər ABŞ-ı tənqid etməyə cürət etmirlərsə, daha yaxşıdır ki, susub qalsınlar, təcavüzü əsaslandırmasınlar.”