Tehran Tibb Elmləri Universitetinin fədakar qadın həkimi sionist rejimin hücumunda şəhid olub
(last modified Mon, 30 Jun 2025 11:39:02 GMT )
İyun 30, 2025 15:39 Asia/Baku
  • Tehran Tibb Elmləri Universitetinin fədakar qadın həkimi sionist rejimin hücumunda şəhid olub

Tehran Tibb Elmləri Universitetinin neonatal tibb kafedrasının dosenti və universitetin Bəhrami xəstəxanasının professor-müəllim heyətinin üzvü, doktor Mərziyə Əsgəri sionist rejimin öz iqamətgahına terror hücumundan sonra üç yaşlı uşağı ilə birlikdə şəhid olub.

 

Tehran Tibb Elmləri Universitetindən verdiyi məlumata görə, doktor Mərziyə Əsgəri həyatını yeni doğulan körpələrə xidmətə və gələcək həkim nəslinin yetişdirilməsinə həsr etmiş neonatal alt ixtisas sahəsində sadiq, ixtisaslaşmış və mərhəmətli həkimlərdən biri olub.Bu savadlı xanımın, fədakar ananın şəhid olması ölkənin böyük tibb ictimaiyyəti üçün ağır itkidir.Tehran Tibb Elmləri Universitetinin İdarə Heyəti bu böyük şəhidin nəcib ailəsinə, həmkarlarına, akademik ictimaiyyətə və İranın nəcib xalqına başsağlığı verir.