Prezident: Fars körfəzi bölgəsində qonşularla münasibətlərdə
İran İslam Respublikasının Prezidenti bildirib ki, İslam ölkələri arasında həmrəyliyin vacibliyini və hərtərəfli əməkdaşlığın genişləndirilməsi məqsədilə İran İslam Respublikası Fars Körfəzi Əməkdaşlıq Şurası ilə tam əməkdaşlığa hazırdır və bu istiqamətdə Fars körfəzi bölgəsindəki qonşularla münasibətlərdə yeni bir mərhələyə başlamağa sadiqdir.
Məsud Pezeşkiyan bu gün bazar ertəsi günortadan sonra Nazirlər Kabinetinin iclasında çıxış edərək qonşuluq siyasətini və region ölkələri ilə münasibətlərin inkişafını İran İslam Respublikasının əsas strateji xətti adlandırıb və bildirib ki, 14-cü dövlət də bu istiqamətdə xüsusi diqqət və əzm göstərir.
Prezident Pezeşkiyan vurğulayıb: Biz inanırıq ki, Fars körfəzi region ölkələri arasında sülh və əməkdaşlığın simvoludur və İran İslam Respublikasının bu regiondakı qonşularla, xüsusilə də bu regional qurumla münasibətlərini gücləndirməsi bütün İslam dünyası və region ölkələri üçün sülh, qardaşlıq və inkişaf mesajı daşıyır.