12 günlük müharibədə Tehranın 3 xəstəxanasına ciddi ziyan dəyib
(last modified Tue, 01 Jul 2025 11:32:44 GMT )
İyul 01, 2025 15:32 Asia/Baku
  • 12 günlük müharibədə Tehranın 3 xəstəxanasına ciddi ziyan dəyib

 İran Tibb Elmləri Universitetinin rektoru Nadir Təvəkküli bildirib ki, 12 günlük müharibə zamanı sionist rejimin hücumları nəticəsində «Həzrət Fatimeyi-Zəhra (s)», «Şəhid Mütəhhəri» və Robat Kərimdə yerləşən bir tibb mərkəzə ciddi ziyan dəyib. Xoşbəxtlikdən hadisələr zamanı insan itkisi qeydə alınmayıb.

 

Təvəkküli bu barədə çərşənbə günü universitetdə keçirilən mətbuat konfransında məlumat verib. O qeyd edib ki, İsrailin hücumunun ilk saatlarında İran Tibb Elmləri Universitetində fövqəladə vəziyyət komitəsi yaradılıb. Şəhid Mütəhhəri Yanıq və Travmatologiya Xəstəxanası vaxtında tam təxliyə edildiyindən bu mərkəzdə nə şəhid, nə də yaralı olub.O əlavə edib ki, müharibə ərzində universitetin tabeliyindəki xəstəxanalara ümumilikdə 705 yaralı yerləşdirilib, onlardan 33 nəfəri şəhid olub. Hazırda 20 nəfər müalicəsini davam etdirir, digərləri evə buraxılıb.Təvəkküli vurğulayıb ki, 12 günlük sionist rejimin İran xalqına qarşı apardığı bu məcburi savaş dövründə bütün tibb müəssisələri tam hazırlıq vəziyyətində olub. Xüsusilə həkim və tibb bacılarına verilən məzuniyyətlər ləğv edilib. O, tibb personalının fədakarlığını yüksək qiymətləndirib.Rektor əlavə edib ki, müharibə dövründə travma və fövqəladə hallar üzrə komandalar təcili yardım, əməliyat, ortopediya, beyin əməliyatı və anesteziya mütəxəssislərinin iştirakı ilə formalaşdırılıb və yaralılara tam tibbi xidmət göstərilib.