Ölkənin cənub-şərqində sionist terror qruplaşması məhv edildi
SEPAH-ın Qüds regional qərargahı yayımladığı bəyanatda, Sistan və Bəlucistan vilayətinin Nikşəhr bölgəsində bir terrorçu qruplaşmanın gizləndiyi “təhlükəsiz ev” aşkar edilərək məhv edildiyini elan edib.
Bəyanatda bildirilir:
Bu əməliyyat nəticəsində Zəkiabad kəndində "təhlükəsiz evdə" gizlənən 6 terrorçu zərərsizləşdirilib.
Çabahar və Nikşəhr bölgələrində aparılan axtarışlar zamanı 13 ədəd partlamağa hazır bomba, 11 elektrik çaxnağı, 3 uzaqdan idarəetmə cihazı, 9 idarəetmə dövrəsi, 8 ədəd rabitə vasitəsi (telsiz), 3 partlayıcı tələ, 38 metr fitil, 47 kiloqram müxtəlif obyektlərdə yerləşdirmək üçün partlayıcı maddə, 800 döyüş sursatı (M-16 güllələri) və 2 avtomobil ələ keçirilib.
Bəyanatda əlavə olunur ki, bu terrorçu dəstə sionist rejimin planlarının bir hissəsi olaraq, ölkənin iqtisadi infrastrukturuna hücumlar və insanların sıx toplaşdığı yerlərdə partlayışlar törətməklə İranda sabitliyi pozmaq və xalqı İslam Respublikasından uzaqlaşdırmaq məqsədi güdürdü.
Qüds Qərargahı sonda bildirir ki, bu planlar mömin və vətənpərvər xalqın dəstəyi və təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı ilə iflasa uğradılıb və düşmənin “şərli sionist layihələri” bir daha puç olub.