İranlı şagirdlər Beynəlxalq Riyaziyyat Olimpiadasında ikinci yeri tutublar
(last modified Mon, 14 Jul 2025 11:33:18 GMT )
İyul 14, 2025 15:33 Asia/Baku
  • İranlı şagirdlər Beynəlxalq Riyaziyyat Olimpiadasında ikinci yeri tutublar

İranın Riyaziyyat Olimpiadası komandası Çin Elm və Təhsil Düşərgəsində 32 ölkə arasında ikinci yeri qazanıb.

 

 

Yaranmış vəziyyətə görə bir həftə gecikməklə Çində üçüncü Beynəlxalq Riyaziyyat Olimpiadası düşərgəsinə yollanan 6 nəfərdən ibarət ölkəmizin Riyaziyyat Olimpiadası komandası bir qızıl, dörd gümüş və bir bürünc medal qazanaraq, tədbirdə iştirak edən 32 ölkə arasında ikinci yeri tutub.

Bu beynəlxalq düşərgə elmi səviyyənin yüksəldilməsi və iştirakçıların Ümumdünya Olimpiadası öncəsi hazırlığının qiymətləndirilməsi məqsədilə dünyanın aparıcı komandalarının iştirakı ilə keçirilən dünyanın ən mühüm riyaziyyat tədbirlərindən biridir.