Pezeşkiyan: İnsanlar öz cəsarətləri və mətanətləri ilə düşmənin hiyləsinin qarşısını aldılar
https://parstoday.ir/azeri/news/iran-i11970
Doğrudur, 12 günlük müharibədə itirdiklərimizin çox dəyərli və əziz olduğunu, lakin əldə etdiyimiz birlik və mərhəmətin daha qiymətli olduğunu bildirən prezident deyib: “İslami İran xalqı bu məqamda misilsiz və qürurlu bir şücaət, cəsarət və mətanət imicini nümayiş etdirdi və düşməni məğlub etdi”.
(last modified 2025-07-15T11:31:43+00:00 )
İyul 15, 2025 15:08 Asia/Baku
  • Pezeşkiyan: İnsanlar öz cəsarətləri və mətanətləri ilə düşmənin hiyləsinin qarşısını aldılar

Doğrudur, 12 günlük müharibədə itirdiklərimizin çox dəyərli və əziz olduğunu, lakin əldə etdiyimiz birlik və mərhəmətin daha qiymətli olduğunu bildirən prezident deyib: “İslami İran xalqı bu məqamda misilsiz və qürurlu bir şücaət, cəsarət və mətanət imicini nümayiş etdirdi və düşməni məğlub etdi”.

 

Bu çərşənbə axşamı səhər sionist rejimin tətbiq etdiyi müharibə zamanı Kooperativlər, Əmək və Sosial Rifah Nazirliyinin əməkdaşlarının səylərini qeyd etmək üçün keçirilən mərasimdə, bu cinayətin bütün şəhidlərinin xatirəsini ehtiramla yad edən Məsud Pezeşkiyan deyib: Sionist rejim həyatını İslami İranın izzətinə həsr etmiş ölkəmizin silahlı qüvvələrinin komandanlarının şəhadətindən sonra sistemin çətinliklərlə üzləşəcəyini düşünürdü. Lakin İslam İnqilabının Ali Məqamlı Rəhbərinin hikməti və dərhal şəhid olan komandirlərə canişinlər təyin etməsi, digər tərəfdən isə silahlı qüvvələrin güclü müdafiəsi düşmənin planlarını alt-üst etdi.Prezident bu məqamda İslami İran xalqının da misli görünməmiş və qürurlu bir şücaət, cəsarət və mətanət obrazı nümayiş etdirdiyinə işarə edərək, əlavə etdi: Daha böyük və daha mühüm iş İran xalqı tərəfindən görülmüşdür; düşmənin planı ondan ibarət idi ki, onun hücumlarının başlanğıcından qısa bir müddət ərzində xalq narazı olub küçələrə çıxacaq, İran İslam Respublikası süquta uğrayacaq, amma xalq da düşmənə qarşı duraraq onun hiylələrini puça çıxardı.