Əli Laricani Moskvada Putinlə görüşüb
https://parstoday.ir/azeri/news/iran-i12000-Əli_laricani_moskvada_putinlə_görüşüb
İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müşaviri Əli Laricani Rusiyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə Kreml sarayında görüşüb.
(last modified 2025-07-21T11:50:25+00:00 )
İyul 20, 2025 15:45 Asia/Baku
  • Əli Laricani Moskvada Putinlə görüşüb

İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin müşaviri Əli Laricani Rusiyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Putinlə Kreml sarayında görüşüb.

 

Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskovun verdiyi məlumata görə, görüşdə Qərbi Asiyada gərginliyin artması və İranın nüvə proqramı kimi mühüm məsələlər müzakirə olunub.

Peskov bildirib ki, prezident Putin regionda sabitliyin qorunmasının vacibliyini vurğulayıb və İranın nüvə proqramının siyasi yollarla həll olunmasını dəstəklədiyini bəyan edib.