Əraqçi: Avropa üçlüyünün Təhlükəsizlik Şurasının ləğv olunmuş qətnamələrini bərpa etmək cəhdləri etibarsızdır
İran İslam Respublikasının xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatının baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə, Avropa İttifaqının ali nümayəndəsinə və BMT Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərərək Avropa üçlüyü (E3) ölkələrinin ləğv olunmuş Təhlükəsizlik Şurası qətnamələrini bərpa etmək cəhdlərini hüquqi baxımdan etibarsız və batil hesab edib.
Seyid Abbas Əraqçi BMT baş katibi Antonio Quterreşə, Təhlükəsizlik Şurasının sədrinə, Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasa və BMT Təhlükəsizlik Şurasının üzvlərinə ünvanladığı məktubda izah edib ki, Avropa üçlüyü ölkələri 2015-ci ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və Birgə Hərtərəfli Fəaliyyət Planı "Tətik mexanizmini" işə salmaq üçün heç bir hüquqi, siyasi və mənəvi legitimliyə malik deyillər.