İmam Zeynəlabidin (ə.s.)-ın şəhadəti
https://parstoday.ir/azeri/news/iran-i12012-İmam_zeynəlabidin_(ə.s.)_ın_şəhadəti
İmam Səccad (ə.s.) Hicri 95-ci (bəzi mənbələrdə 94) ildə Məhərrəm ayının 25-ci günü şəhid edilmişdir. Şəhadətlə şərəfləndirildikdə 57 yaşında idi.
(last modified 2025-07-21T12:04:46+00:00 )
İyul 21, 2025 16:00 Asia/Baku
  • İmam Zeynəlabidin (ə.s.)-ın şəhadəti

İmam Səccad (ə.s.) Hicri 95-ci (bəzi mənbələrdə 94) ildə Məhərrəm ayının 25-ci günü şəhid edilmişdir. Şəhadətlə şərəfləndirildikdə 57 yaşında idi.

 

Əməvi xəlifəsi Vəlid bin Əbdülməlik onu Hişam b. Əbdülməlikin əli ilə zəhərlətdirmişdir.

Zühri Vəlidin, İmam Zeynalabidin (ə.s.) barəsində belə dediyini qeyd etməkdədir:

“Əli b. Hüseyn (ə.s.) bu dünyada var olduqca mənə rahatlıq yoxdur.”

Həyatı əziyyət, məşəqqət, acı, ağrı ilə yoğurulmuş olan İmam (ə.s.), tarixdə tayı-bərabəri çətin rast gəlinən bir səbir və müqavimət göstərərək haqq mübarizəsini tamamlamış və şəhadətə çatmışdır.

Allah şəfaətlərindən ayırmasın!