ABŞ rəsmi şəkildə “YUNESKO”dan çıxdı
İyul 22, 2025 15:42 Asia/Baku
ABŞ Dövlət Departamenti bu gün rəsmi açıqlama verərək, ölkənin BMT-nin Mədəniyyət və Təhsil Təşkilatı – YUNESKO-dan çıxdığını elan edib. Bu addım, Vaşinqtonun sionist rejimin təcavüzkar müharibələrini və cinayətlərini bütün vasitələrlə dəstəkləməsinin davamı kimi qiymətləndirilir.
ABŞ hökuməti bu qərarını YUNESKO-nun guya “İsrail əleyhinə tərəfkeş davranışı” və “təfriqə yaradacaq mövzuların təşviqi” ilə əsaslandırıb. Qeyd edək ki, YUNESKO daha çox dünya irsi siyahısına daxil edilən abidələr və bölgələr ilə tanınır.
ABŞ Dövlət Departamentinin sözçüsü Tami Brus bildirib:
“YUNESKO ilə əməkdaşlığın davam etməsi ABŞ-nin milli maraqlarına uyğun deyil.”
Teqlər