Qalibaf: İran aerokosmik sahədə dünyanın beş aparıcı gücündən biridir
https://parstoday.ir/azeri/news/iran-i12058-qalibaf_İran_aerokosmik_sahədə_dünyanın_beş_aparıcı_gücündən_biridir
İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, İmam Rza (ə) Mədəni-Tədris Kompleksində keçirilən Sepah-ın Hava-Kosmos Qüvvələrinin “İzzət Şəhidlərinin Ərbəini” mərasimində çıxış edərək deyib: “İran İslam Respublikası aerokosmik sahədə həm texniki, həm taktiki baxımdan mürəkkəb və yüksək potensiala sahibdir. Bu baxımdan dünya üzrə ilk beş güc arasında yer alırıq.”
(last modified 2025-07-26T03:33:07+00:00 )
İyul 24, 2025 16:31 Asia/Baku
  • Qalibaf: İran aerokosmik sahədə dünyanın beş aparıcı gücündən biridir

İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, İmam Rza (ə) Mədəni-Tədris Kompleksində keçirilən Sepah-ın Hava-Kosmos Qüvvələrinin “İzzət Şəhidlərinin Ərbəini” mərasimində çıxış edərək deyib: “İran İslam Respublikası aerokosmik sahədə həm texniki, həm taktiki baxımdan mürəkkəb və yüksək potensiala sahibdir. Bu baxımdan dünya üzrə ilk beş güc arasında yer alırıq.”

 

“Hacızadə, Baqiri, Tehrançi və Mansuri kimi şəhidlər xalqın içindən çıxmışdılar və xalq üçün ayaq üstə dayanmışdılar. Bu mədəniyyəti Qurandan öyrənmişik və iran-tövhid mədəniyyəti içində yetişmişik. İran xalqı köklü və ilahi dəyərlərə sahib bir millətdir. Düşmənlər isə iqtisadi sanksiyalar, siyasi, hərbi və təhlükəsizlik təhdidləri ilə bu xalqı zəiflətməyə və nəzarət altına almağa çalışırlar.”“Bu yolda böyük komandirlərimizi itirməyimizə baxmayaraq, siz – Sepah Hava-Kosmos Qüvvələri – iftixar yaratdınız və şəhidlərin yolunu davam etdirdiniz.”Şəhid Hacızadə "Sadiq vədə 2" əməliyyatından sonra deyirdi: Dua edin ki, Allah mənə bir neçə ay daha fürsət versin ki, bu sahədəki potensialı bir neçə onilliklik inkişaf səviyyəsinə çatdıraq.