İran Xarici İşlər Nazirliyi İsrail Knessetinin qərarını pislədi
https://parstoday.ir/azeri/news/iran-i12064-İran_xarici_İşlər_nazirliyi_İsrail_knessetinin_qərarını_pislədi
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin Knessetində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisi üzərində suverenlik tətbiqinə dair qanun layihəsinin təsdiqlənməsini sərt şəkildə pislədi.
(last modified 2025-07-26T04:38:34+00:00 )
İyul 25, 2025 08:37 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyi İsrail Knessetinin qərarını pislədi

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin Knessetində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisi üzərində suverenlik tətbiqinə dair qanun layihəsinin təsdiqlənməsini sərt şəkildə pislədi.

 

Nazirlik bu addıma qarşı bəyanat yayaraq bildirib:

 

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi, sionist rejimin Knessetində işğalçı rejimin İordan çayının qərb sahili və İordan vadisinə nəzarətini qanuniləşdirməyə yönəlmiş qanun layihəsinin qəbulunu, bu rejimin ekspansionist və işğalçı mahiyyətinin növbəti təzahürü kimi qiymətləndirir və onu qətiyyətlə pisləyir.