Bəqayi: “İstanbul görüşü” Avropanın İranın nüvə proqramına dair mövqeyini düzəltməsi üçün fürsətdir
https://parstoday.ir/azeri/news/iran-i12070-bəqayi_İstanbul_görüşü_avropanın_İranın_nüvə_proqramına_dair_mövqeyini_düzəltməsi_üçün_fürsətdir
İran Xarici İşlər Nazirliyinin sözçüsü İRNA-ya verdiyi müsahibədə deyib: 2231 saylı qətnamənin uzadılmasından danışmaq mənasız və əsassızdır
(last modified 2025-07-26T08:35:01+00:00 )
İyul 25, 2025 12:33 Asia/Baku
  • Bəqayi: “İstanbul görüşü” Avropanın İranın nüvə proqramına dair mövqeyini düzəltməsi üçün fürsətdir

İran Xarici İşlər Nazirliyinin sözçüsü İRNA-ya verdiyi müsahibədə deyib: 2231 saylı qətnamənin uzadılmasından danışmaq mənasız və əsassızdır

 

 

MAQATE baş direktorunun müavininin Tehrana səfəri gündəmdədir, bu səfər çərçivəsində nüvə obyektlərinə baxış planlaşdırılmır.

 

Avropa üçlüyü (Birgə Əhatəli Fəaliyyət Planı) mexanizmlərindən istifadə etmək üçün hüquqi səlahiyyətə malik deyil.

 

Xarici İşlər Nazirliyinin sözçüsü bugünkü İran ilə Avropa üçlüyü arasında İstanbulda keçirilən görüşü, Avropa ölkələrinin İranın nüvə proqramına baxışlarını bərpasını və bu məsələdə realist yanaşmalarını sınağa çəkmək üçün qiymətli fürsət adlandırıb.

 

İsmayıl Bəqayi ümid etdiyini bildirib ki, bu üç ölkə indiyədək tutduqları konstruktiv olmayan mövqeləri dəyişmək və bu yanaşmaların Avropanın danışıqlardakı nüfuzuna və statusuna xələl gətirdiyini başa düşərək, bu fürsətdən düzgün istifadə edəcəklər.

 

Son günlər bəzi KİV-lərdə yayılan Avropanın 2231 saylı BMT Təhlükəsizlik Şurası qətnaməsinin uzadılması ilə bağlı planı barədə suala cavab verən Bəqayi bildirib:

"Əgər sanksiyaların geri qaytarılması məsələsinin özü hüquqi və məntiqi əsasdan məhrumdursa və Avropa tərəflərinin belə bir addım atmağa ixtiyarı yoxdursa, onda qətnamənin uzadılması barədə danışmaq mənasız və əsassızdır, biz də bu məsələyə qarşıyıq."

 

MAQATE rəsmisinin yaxın həftələrdə İrana səfəri barədə xəbərlərə münasibət bildirən Bəqayi deyib ki, bu səfər gündəmdədir və səfərin məqsədi İran və Agentlik arasında əməkdaşlıq üzrə yeni bir prosedur hazırlanması üçün məsləhətləşmələr aparmaqdır.

 

O, əlavə edib ki, bu səfər çərçivəsində ABŞ və İsrailin qanunsuz hücumları nəticəsində zərər görmüş nüvə obyektlərinə baxış nəzərdə tutulmur.