İran və Çin arasında kənd təsərrüfatı ticarətində 2 milyard dollarlıq hədəf
https://parstoday.ir/azeri/news/iran-i12116
İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri Qəzılcə, Çinin Kunminq şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 10-cu toplantısı çərçivəsində İran və Çin arasında kənd təsərrüfatı sahəsində ticarət həcminin artırılması üçün 2 milyard ABŞ dolları məbləğində hədəf müəyyən edildiyini açıqlayıb.
(last modified 2025-08-02T10:08:27+00:00 )
İyul 30, 2025 18:05 Asia/Baku
  • İran və Çin arasında kənd təsərrüfatı ticarətində 2 milyard dollarlıq hədəf

İranın kənd təsərrüfatı naziri Qulamrza Nuri Qəzılcə, Çinin Kunminq şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 10-cu toplantısı çərçivəsində İran və Çin arasında kənd təsərrüfatı sahəsində ticarət həcminin artırılması üçün 2 milyard ABŞ dolları məbləğində hədəf müəyyən edildiyini açıqlayıb.

 

Nazir Nuri bu məqsədlə Çin Xalq Respublikasına səfər edib. Cənab Nuri Çinin Kunminq şəhərində verdiyi açıqlamada bildirib: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin toplantısı üzv ölkələr arasında əməkdaşlığın inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin dərinləşdirilməsi yollarının araşdırılmasına həsr olunub.”

 

O, təşkilata üzv ölkələri – o cümlədən Çin, Rusiya, Hindistan, Pakistan və Orta Asiya ölkələrini – İranın kənd təsərrüfatı sahəsində əsas ticarət tərəfdaşları adlandıraraq əlavə edib: “Bu səfər çərçivəsində biz həm ikitərəfli şəkildə, həm də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində bu ölkələrlə iqtisadi və kənd təsərrüfatı əlaqələrinin inkişaf yollarını müzakirə edirik.”