Qalibaf: Sionist rejim müharibə cinayətkarı kimi beynəlxalq məhkəmələrə təqdim olunmalıdır
İran İslam Məclisinin sədri Məhəmmədbaqir Qalibaf, Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşündə sionist rejimin müharibə cinayətkarı kimi beynəlxalq məhkəmələrə təqdim olunmasının zəruriliyini vurğulayıb.
Qalibaf çərşənbə günü (30 iyul) BMT-nin Cenevrə qərargahında keçirilən Parlament Sədrlərinin Altıncı Qlobal Konfransı çərçivəsində Marianna Spolyariç, Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbəri ilə görüşərək fikir mübadiləsi aparıb.
İran parlamentinin sədri bu görüşdə qeyd edib ki, İran Qızıl Aypara Cəmiyyəti ilə Beynəlxalq Qızıl Xaç arasında əməkdaşlıq keçmişdə müsbət olub. Bu çərçivədə Əfqanıstanlı miqrantlarla bağlı və ya Səddam rejiminin İrana qarşı təcavüzündən sonra qalan minaların təmizlənməsi kimi müxtəlif sahələrdə əməkdaşlıq davam edir. Lakin bu gün ən zəruri məsələ, Qəzzada sionist rejimin fələstinlilərə qarşı törətdiyi cinayətlərdir.
Qalibaf əlavə edib ki, sionist rejim yalnız Fələstində deyil, Suriyada, Livanda və İranda da cinayətlər törədib. O vurğulayıb: “Beynəlxalq Qızıl Xaçın neytrallığını tanıyırıq, lakin bu neytrallıq reallıqları görməmək və baş verənlərə laqeyd qalmaq anlamına gəlməməlidir.”