Pezeşkian: Qonşularla münasibətlər İranın xarici siyasətinin əsas sütunudur
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian bildirib ki, qonşuluq siyasətinin inkişafı və qonşulara diqqət, İranın xarici siyasətində əsas və mərkəzi prinsipdir. O əlavə edib: İranın Pakistana baxışı yalnız bir qonşu kimi deyil, bir qardaş kimidir.
Pezeşkian bu fikirləri Pakistanın Baş naziri Şahbaz Şərif ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib. O, sözlərinə belə başlayıb:Əziz qonşumuz, ikinci evimiz olan Pakistan torpağında olmaqdan böyük məmnuniyyət duyuram. Məni layiqincə qəbul etdiklərinə görə hörmətli hökumətə və əziz qardaşım Şahbaz Şərifə dərin təşəkkürümü bildirirəm.”O, əlavə edib:“Pakistanın hökumət, parlament, siyasi partiyalar, alimlər və əziz xalqının İran İslam Respublikasına qarşı son 12 günlük sionist və Amerika təcavüzü dövründə göstərdiyi dəstək və həmrəylik bizim üçün çox ruhlandırıcı oldu. Bunun üçün dost və qardaş ölkənin baş naziri, rəsmiləri və xalqına səmimi təşəkkür edirəm.”Prezident vurğulayıb ki, İran və Pakistan regional və beynəlxalq məsələlərdə geniş ortaq mövqelərə malikdirlər:Bölgə ölkələrinin təhlükəsizliyi bir-birinə sıx bağlıdır. Yalnız sülh, sabitlik və əmin-amanlıq şəraitində iqtisadi və ticarət əlaqələrinin inkişafı mümkündür.Pezeşkian bildirib ki, görüş zamanı əsas vurğulanan mövzulardan biri də bu olub:Sionist rejimin Fələstin, Livan və Suriyada törətdiyi insanlıq əleyhinə cinayətlərin, Qəzzadakı soyqırımın və bölgədəki açıq təcavüzkar və sabitliyi pozan hərəkətlərinin dərhal dayandırılmasının zəruriliyi.