Təmərçin sərhədi Türkiyə, Gürcüstan, Rusiya və Azərbaycandan olan zəvvarları qəbul edir
Avq 06, 2025 11:55 Asia/Baku
Qərbi Azərbaycan əyalətinin Yol və Avtomobil Nəqliyyatı İdarəsinin Baş direktoru deyib: Təmərçin sərhədi hər il qonşu ölkələrdən, xüsusilə Azərbaycan Respublikası, Türkiyə, Gürcüstan və Rusiyadan Ərbəin zəvvarlarını qəbul edir.
Ərsalan Şükri çərşənbə günü İRNA müxbiri ilə müsahibədə əlavə edib: Bu il də bir çox qonşu ölkələrdən zəvvarlar Bazarqan sərhədindən əyalətə daxil olub və Təmərçin-Piranşəhr sərhədindən Kərbəlaya keçiblər.O, Təmərçin sərhədinə gedən marşrutlarda xidmət xeymələrinin yerləşdirildiyini bildirərək əlavə etdi: Kərbəla-Bağdad avtomobil yolunun 60 saylı sütununda zəvvarlara texniki dəstək və xidmət göstərmək üçün qaraj da istifadəyə verilib.
Teqlər