Laricani: İran və İraq arasında təhlükəsizlik sazişi hazırlanır
https://parstoday.ir/azeri/news/iran-i12284-laricani_İran_və_İraq_arasında_təhlükəsizlik_sazişi_hazırlanır
İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İranın təhlükəsizliyi qonşularının təhlükəsizliyindən asılıdır. Onun sözlərinə görə, hazırda İran və İraq arasında təhlükəsizlik sazişi hazırlanır və bu səfər zamanı imzalanacaq.
(last modified 2025-08-12T06:03:56+00:00 )
Avq 11, 2025 10:02 Asia/Baku
  • Laricani: İran və İraq arasında təhlükəsizlik sazişi hazırlanır

İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İranın təhlükəsizliyi qonşularının təhlükəsizliyindən asılıdır. Onun sözlərinə görə, hazırda İran və İraq arasında təhlükəsizlik sazişi hazırlanır və bu səfər zamanı imzalanacaq.

 

Səfərin ikinci mərhələsində isə Livana gediləcək. Bu, Qərbi Asiyada mühüm və təsirli ölkədir, İranla mədəni və tarixi bağlara malikdir və regional məsələlərdə geniş əməkdaşlıq aparır. Livanda mövcud xüsusi şərait, milli birlik, ölkənin müstəqilliyi, ticarət əlaqələrinin artırılması və təhlükəsizlik məsələləri ilə bağlı rəsmilər və nüfuzlu şəxslərlə danışıqlar aparılacaq.Livan da İran kimi sionist rejimlə qarşıdurma təcrübəsinə malikdir və bu məsləhətləşmələr bölgədə sabitliyin yaradılmasına töhfə verə bilər.