İran Xarici İşlər Nazirliyinin sözçüsü Bakı-İrəvan razılaşmasına münasibət bildirib
https://parstoday.ir/azeri/news/iran-i12288-İran_xarici_İşlər_nazirliyinin_sözçüsü_bakı_İrəvan_razılaşmasına_münasibət_bildirib
İsmail Bəqayi: İran İslam Respublikası və Ermənistan Respublikası rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr aparılacaq.
(last modified 2025-08-12T09:43:19+00:00 )
Avq 11, 2025 16:41 Asia/Baku
  • İran Xarici İşlər Nazirliyinin sözçüsü Bakı-İrəvan razılaşmasına münasibət bildirib

İsmail Bəqayi: İran İslam Respublikası və Ermənistan Respublikası rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr aparılacaq.

 

Xarici İşlər Nazirliyinin sözçüsü İranın Azərbaycan Respublikası ilə Ermənistan arasında saziş imzalanmamışdan əvvəl ondan xəbəri olması ilə bağlı suala cavab olaraq belə deyib:Bu baxımdan qeyd etmək lazımdır ki, biz Cənubi Qafqaz regionunda qonşu dövlətlərimizlə həmişə sıx əlaqədə olmuşuq və əlaqədəyik. Bizim həm Azərbaycan Respublikası, həm də Ermənistan Respublikası ilə yaxşı münasibətlərimiz var və biz mehriban qonşuluq və qarşılıqlı faydaya əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndiririk.Təbii ki, İran İslam Respublikasının maraqlarına birbaşa və ya dolayısı ilə təsir edə biləcək hadisələrlə bağlı gözləntimiz və adi təcrübəmiz bu ölkələrlə təmasda olmaq olub. Biz Ermənistanla bu məsələləri çoxdan müzakirə edirik. Sülh müqaviləsinin bağlanması ilə bağlı əsas məsələyə gəlincə, bu da yeni məsələ deyil; Əvvəlki müzakirələrdə olduğu kimi, biz hər iki tərəfi sülh sazişinin imzalanmasını sürətləndirməyə təşviq etdik.Biz inanırıq ki, bu sülh sazişi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında dönüş nöqtəsi ola bilər. Bu gün və sabah İran İslam Respublikası və Ermənistan Respublikasının rəsmiləri arasında vəziyyətlə bağlı daha yaxından tanış olmaq və lazım gələrsə, mülahizələrimizi və narahatlıqlarımızı onlarla bölüşmək üçün yüksək səviyyəli məsləhətləşmələr keçiriləcək.