İran və Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə ediblər
https://parstoday.ir/azeri/news/iran-i12330-İran_və_türkiyə_xİn_rəsmiləri_regional_məsələləri_müzakirə_ediblər
İran İslam Respublikası xarici işlər nazirinin müavini Səid Xətibzadə cümə axşamı Ankarada Türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşüb.
(last modified 2025-08-16T13:32:25+00:00 )
Avq 15, 2025 08:24 Asia/Baku
  • İran və  Türkiyə XİN rəsmiləri regional məsələləri müzakirə ediblər

İran İslam Respublikası xarici işlər nazirinin müavini Səid Xətibzadə cümə axşamı Ankarada Türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşüb.

İran islam respublikasının xarici işlər nazirinin müavini Səid Xətibzadə Türkiyəli həmkarı Nuh Yılmaz ilə görüşüb.

bu barədə meh Xəbər agentiliyi  Xəbər veirb.

Bu görüşdə tərəflər ikitərəfli münasibətlərdəki son hadisələri, regional və İslam dünyası məsələlərini nəzərdən keçirərkən, İran İslam Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğuladılar.

Tərəflər həmçinin Qəzzada humanitar böhrana və sionist rejimin təcavüzünün davam etməsinə toxunaraq, xüsusilə Qəzza zolağında məzlum Fələstin xalqına təcili yardım və dəstək göstərilməsi, hücumların dayandırılması və bölgədəki mühasirənin aradan qaldırılması üçün beynəlxalq səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Bu görüşdə Xətibzadə Türkiyə hökuməti və xalqına sionist rejimin ölkəmizə qarşı təcavüzünü pisləyən mövqeyə görə təşəkkür edib.

Nuh Yılmaz Ankaranın Tehranla əlaqələrin dərinləşməsində maraqlı olduğunu qeyd edərək, Türkiyənin müxtəlif sahələrdə qarşılıqlı əlaqələri inkişaf etdirməyə və Fələstin xalqına dəstək üçün əməkdaşlığa hazır olduğunu bəyan edib.