İranın gənc yunan-Roma güləşçiləri dünya çempionatının qalibi olublar
https://parstoday.ir/azeri/news/iran-i12454-İranın_gənc_yunan_roma_güləşçiləri_dünya_çempionatının_qalibi_olublar
İranın gənclərdən ibarət yunan-Roma güləşi komandası bir qızıl, iki gümüş, iki bürünc və 117 komanda xalı qazanaraq altıncı dəfə dünya çempionu adını qazanıb.
(last modified 2025-08-26T13:02:31+00:00 )
Avq 25, 2025 16:57 Asia/Baku
  • İranın gənc yunan-Roma güləşçiləri dünya çempionatının qalibi olublar

İranın gənclərdən ibarət yunan-Roma güləşi komandası bir qızıl, iki gümüş, iki bürünc və 117 komanda xalı qazanaraq altıncı dəfə dünya çempionu adını qazanıb.

 

Avqustun 21-dən 24-dək Bolqarıstanın Samakov şəhərində yunan-Roma güləşi üzrə gənclər arasında dünya çempionatı keçirilib və İran yığmasından 55 kq çəki dərəcəsində Peyam Əhmədi qızıl, 77 və 97 kq çəki dərəcələrində Əhura Buyeri və Məhəmməd Hadi Seydi gümüş, 63 və 130 kq çəki dərəcələrində isə Məhəmməd Cavad Əbutalibi və Əbülfəzl Fəthi bürünc medal qazanıblar.Komanda reytinqində İran 117 xalla birinci, Ermənistan 98 xalla, Azərbaycan Respublikası isə 90 xalla ikinci və üçüncü yerdə qərarlaşıb.