İnqilab Rəhbərinin, İranın gənc voleybolçularının dünya çempionu olmaları münasibətilə təbrik mesajı
Avq 31, 2025 19:23 Asia/Baku
İranın gənclərdən ibarət milli voleybolçularının dünya çempionu olması münasibətilə, Həzrət Ayətullah Xamenei İran xalqının övladlarına təşəkkür edib.
İnqilab Rəhbərinin mesajı aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
Əziz gənc voleybol çempionları!
Yaxşı oyununuzla İran xalqının ürəyini sevindirdiniz. Hamınıza təşəkkür edirəm.
Seyid Əli Xamenei
2025/8/31
İran İslam Respublikasının gənclərdən ibarət milli voleybol komandası, ardıcıl 8 qələbə ilə ilkin və eliminasiya mərhələlərini keçərək finala yüksəldi və İtaliyanı 3-1 hesabı ilə məğlub edərək, 21 yaşadək kişilər arasında dünya voleybol çempionluğunu üçüncü dəfə qazandı.
Teqlər