Sepah: Düşmənin hər hansı yeni səhv hesablamaları, ağır və ibrətamiz cavabla qarşılanacaq
https://parstoday.ir/azeri/news/iran-i12654-sepah_düşmənin_hər_hansı_yeni_səhv_hesablamaları_ağır_və_ibrətamiz_cavabla_qarşılanacaq
 İran İnqilab Keşikçiləri Korpusunun müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə yayılan bəyanatında bildirilib ki, düşmənin hər hansı yeni səhv hesablamaları və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü tamamilə ələ keçirəcək və ona ağır, ibrətamiz və əzici cavab verəcək.
(last modified 2025-09-23T11:43:45+00:00 )
Sen 21, 2025 15:56 Asia/Baku
  • Sepah: Düşmənin hər hansı yeni səhv hesablamaları, ağır və ibrətamiz cavabla qarşılanacaq

 İran İnqilab Keşikçiləri Korpusunun müqəddəs müdafiə həftəsinin başlanması münasibətilə yayılan bəyanatında bildirilib ki, düşmənin hər hansı yeni səhv hesablamaları və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü tamamilə ələ keçirəcək və ona ağır, ibrətamiz və əzici cavab verəcək.

Bəyanatda qeyd olunur:Qürurlu İran xalqına əminliklə bildiririk ki, güclü və xalqdan olan Sepah və digər silahlı qüvvələr hər gün döyüş qabiliyyətlərini, hücum və müdafiə güclərini, həmçinin strateji imkanlarını artırmaqda davam edirlər.Düşmənin hər hansı yeni səhvn hesablaması və təcavüzü baş verərsə, İran İslam Respublikası döyüş meydanında təşəbbüsü əlinə alacaq və ona ağır, əzici və unudulmaz cavab verəcək.Son müharibə təcrübəsi göstərdi ki, ən sərt iqtisadi sanksiyalar və düşmənin çoxşaxəli təzyiqlərinə baxmayaraq, ölkənin silahlı qüvvələri milli bilik və bacarıqlara söykənərək hərbi və müdafiə sahəsində tam özünütəminat, inkişaf və müdafiə gücü əldə edib. Güclü komanda quruluşu ilə təchiz olunan bu qüvvələr, qabaqcıl ordularla mübarizədə təşəbbüsü əldə saxlayaraq qələbə çalıb və düşmənin bütün məqsədlərini boşa çıxarıblar.