General Süleymani yalnız İranın şəhidi olmayıb / Minlərlə Qasim Süleymani yenidən doğulub
https://parstoday.ir/azeri/news/iran-i13514-general_süleymani_yalnız_İranın_şəhidi_olmayıb_minlərlə_qasim_süleymani_yenidən_doğulub
Qasim Süleymaninin şəhid olduğunu, lakin minlərlə Qasim Süleymaninin yenidən doğulduğunu bildirən Özgür Bursali deyib: Biz onu qəlblərimizdə torpağa tapşırdıq və onun yolu ilə idealları bu gün də davam edir.
(last modified 2025-12-31T11:16:09+00:00 )
Dek 29, 2025 14:14 Asia/Baku
  • General Süleymani yalnız İranın şəhidi olmayıb / Minlərlə Qasim Süleymani yenidən doğulub

Qasim Süleymaninin şəhid olduğunu, lakin minlərlə Qasim Süleymaninin yenidən doğulduğunu bildirən Özgür Bursali deyib: Biz onu qəlblərimizdə torpağa tapşırdıq və onun yolu ilə idealları bu gün də davam edir.

 

Türkiyənin Vətən Partiyasının baş katibi Özgür Bursali “Yeni müqavimət dinamikaları - meyillər və risklər” mövzusunda paneldə çıxış edərkən, "General Qasim Süleymani, diplomatiya və müqavimət” adlı beynəlxalq konfrans çərçivəsində, bu gün, bazar ertəsi – 29 dekabr 2025-ci il tarixində Tehranda, Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən tədbirdə böyük qəhrəman, şəhid Qasim Süleymaninin xatirəsini ehtiramla yad edib.O qeyd edib: General Süleymani yalnız İranın şəhidi olmayıb: “O, bütün Qərbi Asiyanın, Türkiyənin və hamımızın – bütün bəşəriyyətin şəhidi idi. Qasim Süleymani şəhid oldu, lakin minlərlə Qasim Süleymani yenidən doğuldu. Biz onu qəlblərimizdə dəfn etdik və onun yolu ilə idealları hələ də davam edir. Bu iman və məsuliyyət hissi ilə bu gün qarşımızda duran vəzifələri müəyyənləşdiririk.