İran və Azərbaycan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
İran IR-nın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub. bu barədə IRIB məlumat yayıb.
İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri iki ölkənin ikitərəfli münasibətləri gücləndirmək və Qafqaz regionu ilə bağlı məsələlər də daxil olmaqla, çoxtərəfli məsələlərdə əməkdaşlığı inkişaf etdirmək üçün ortaq qətiyyətini vurğulayıblar.
Əraqçi, bölgədəki hadisələri və ABŞ-ın dağıdıcı müdaxiləsi və sionist rejimin hegemonluq səylərindən qaynaqlanan təhdidləri təsvir edərək, regional sülh və sabitliyə təhdidlərlə mübarizə aparmaq, eləcə də üçüncü tərəflər tərəfindən öz ərazilərindən sui-istifadənin qarşısını almaq üçün regiondakı bütün ölkələrin ortaq məsuliyyətini vurğuladı.
Azərbaycanın xarici işlər naziridə Azərbaycanın onun hava məkanının və ya ərazisinin hər hansı dövlət tərəfindən qonşu və ya hər hansı digər ölkəyə qarşı hərbi əməliyyatların aparılması üçün istifadə edilməsinə heç vaxt imkan verilməyəcəyi xüsusi vurğulayıb.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.