BMT-nin Baş katibi İran-ABŞ danışıqlarını alqışlayır
https://parstoday.ir/azeri/news/iran-i13672-bmt_nin_baş_katibi_İran_abŞ_danışıqlarını_alqışlayır
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikası ilə ABŞ arasında Omanda danışıqların keçirilməsini alqışladı.
(last modified 2026-02-07T04:15:03+00:00 )
Fev 07, 2026 08:15 Asia/Baku
  • BMT-nin Baş katibi İran-ABŞ danışıqlarını alqışlayır

BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikası ilə ABŞ arasında Omanda danışıqların keçirilməsini alqışladı.

BMT-nin Baş katibi cümə günü İran İslam Respublikası ilə ABŞ arasında danışıqların bərpasını alqışladığını və bu danışıqların regional gərginliyin azaldılmasına və daha geniş böhranın qarşısının alınmasına kömək edəcəyinə ümid etdiyini açıqlayıb.

Bu barədə İRİB xəbər agentliyi  məlumat yayıb.

Antonio Quterreş bu danışıqların mümkün olması üçün göstərdikləri səylərə görə region ölkələrinə və danışıqlara ev sahibliyi etdiyinə görə Omana təşəkkür edib.

BMT-nin Baş katibi deyib ki, o, həmişə gərginliyin azaldılmasını və mübahisələrin BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllini dəstəkləyir. 

bütün narahatlıqlar dinc dialoq yolu ilə həll edilə bilər və edilməlidir-Quterreş vurğulayıb.