Laricani: İran raketləri sionist rejimi yerində oturtdu
https://parstoday.ir/azeri/news/iran-i13688-laricani_İran_raketləri_sionist_rejimi_yerində_oturtdu
Sionist rejim regiona hakim olmaq istəyirdi, amma İran raketləri bu rejimi yerində oturtdu.
(last modified 2026-02-11T10:52:23+00:00 )
Fev 11, 2026 08:29 Asia/Baku
  • Laricani: İran raketləri sionist rejimi yerində oturtdu

Sionist rejim regiona hakim olmaq istəyirdi, amma İran raketləri bu rejimi yerində oturtdu.

Sionist rejim regiona hakim olmaq istəyirdi, amma İran raketləri bu rejimi yerində oturtdu.

Bunu Oman Sultanı ilə görüşdükdən sonra İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Laricani Tele-radio xəbər agentiliyinə verdiyi müsahibədə deyib.

Laricani Oman Sultanı ilə iqtisadi məsələlərlə bağlı müxtəlif müzakirələr apardığını və iki ölkə arasında investisiya qoyuluşuna və məsələlərin həllinə vurğu edildiyini söyləib.

Ali Milli Təhlükəsizlik Şurasının katibi həmçinin deyib: Oman Sultanın İran və Oman arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də aydın və dəstəkləyici mövqeləri var idi.

Həmçini qeyd edək ki, Məsqətdə keçirilən İran İslam İnqilabının qələbəsinin 47-ci ildönümünün qeyd edilməsi mərasimində Laricani  İmam Xomeyninin (rə) sionist rejimin regionda xərçəng şişi olması ilə bağlı məşhur bəyanatına istinad edərək vurğulayıb: Sionist rejim regiona hakim olmaq istəyirdi, amma İran raketləri bu rejimi yerində oturtdu.