Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanıb-açılır
https://parstoday.ir/azeri/news/iran-i13986-hörmüz_boğazı_yalnız_İranın_əmri_ilə_bağlanıb_açılır
Hörmüz boğazı İranın olub, İranındır və İranın olaraq qalacaq
(last modified 2026-08-15T09:05:04+00:00 )
Avq 15, 2026 13:00 Asia/Baku
  • Hörmüz boğazı yalnız İranın əmri ilə bağlanıb-açılır

Hörmüz boğazı İranın olub, İranındır və İranın olaraq qalacaq

 

Xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi “X” sosial şəbəkəsindəki hesabında yazıb:

Tramp bildirib ki, İran məğlub edildikdən sonra tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcək!

Hörmüz boğazını nə tvitlə ələ keçirmək olar, nə təyyarədaşıyan gəmi ilə, nə əmr verməklə, nə də seçkiqabağı çıxışlarla. İran təhdidlərdən qorxmur və güc nümayişi qarşısında da geri çəkilmir.

Bir dəfəlik reallığı qəbul edin: İndiyədək ağır və strateji məğlubiyyətlərə uğramısınız. Hörmüz boğazı İranın olub, İranındır və İranın olaraq qalacaq. Bu boğaz yalnız İranın qərarı ilə bağlanacaq və açılacaq. Məğlubiyyət reallığını qəbul etmədiyiniz və xam xəyallardan əl çəkmədiyiniz müddətcə İran blokadanı davam etdirəcək.