İrana qarşı sanksiyalar ağacı kəsilib
https://parstoday.ir/azeri/news/iran-i14062-İrana_qarşı_sanksiyalar_ağacı_kəsilib
Parstoday: ABŞ Dövlət Departamentinin keçmiş farsdilli diplomatı və sözçüsü İrana qarşı yeni sanksiyaların Tramp administrasiyasının acizliyini göstərdiyini bildirərək deyib: “İrana qarşı sanksiyalar ağacı artıq kəsilib.”
(last modified 2026-08-21T07:24:20+00:00 )
Avq 21, 2026 11:21 Asia/Baku
  • İrana qarşı sanksiyalar ağacı kəsilib

Parstoday: ABŞ Dövlət Departamentinin keçmiş farsdilli diplomatı və sözçüsü İrana qarşı yeni sanksiyaların Tramp administrasiyasının acizliyini göstərdiyini bildirərək deyib: “İrana qarşı sanksiyalar ağacı artıq kəsilib.”

Parstoday-ın İRiB-ya istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin keçmiş farsdilli diplomatı və sözçüsü Alan Eyr “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib ki, İran rəhbərləri ilə bağlı təsəvvürü ondan ibarətdir ki, onlar mövcudluqlarına qarşı təhdidlərlə üzləşdikləri zaman güzəştə getmirlər. Çünki bunu zəiflik əlaməti hesab edir və bunun ölkələrinə qarşı daha böyük təzyiqlərə səbəb ola biləcəyini düşünürlər.

Eyr İrana qarşı “sanksiyalar ağacının kəsildiyini” bildirərək əlavə edib: “İran rəhbərliyi təslim olmayacaq. Əksinə, dəniz blokadasının qarşısını almaq üçün İranın daha güclü şəkildə qarşılıq verməsi ehtimalı yüksəkdir.”

“Vaşinqton Post” qəzeti də analitiklərə istinadən yazıb ki, Donald Trampın İrana qarşı iqtisadi sanksiyaları kəskin şəkildə artırmaqla bağlı son təhdidləri həyata keçirilməsi mümkün olmayan addımlar kimi qiymətləndirilir.