ABŞ-ın Lərk adasına hərbi təcavüzü BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır
https://parstoday.ir/azeri/news/iran-i14228-abŞ_ın_lərk_adasına_hərbi_təcavüzü_bmt_nizamnaməsinin_açıq_şəkildə_pozulmasıdır
İran Xarici İşlər Nazirliyi ABŞ-ın terrorçu ordusunun Lərk adasına hərbi təcavüzü və İranın buna verdiyi müdafiə xarakterli cavabla bağlı bəyanat yayıb.
(last modified 2026-08-31T07:21:13+00:00 )
Avq 31, 2026 11:18 Asia/Baku
  • ABŞ-ın Lərk adasına hərbi təcavüzü BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır

İran Xarici İşlər Nazirliyi ABŞ-ın terrorçu ordusunun Lərk adasına hərbi təcavüzü və İranın buna verdiyi müdafiə xarakterli cavabla bağlı bəyanat yayıb.

“Pars Today”in məlumatına görə, İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: Təbii özünümüdafiə hüququna əsasən, İranın qüdrətli Silahlı Qüvvələri ABŞ-ın İrana qarşı hərbi təcavüzünün başlanğıc və dəstək mənbəyi olan İordaniyadakı ABŞ hərbi bazalarına müdafiə xarakterli və sarsıdıcı zərbələr endirib.

İran Xarici İşlər Nazirliyi bəyanatında İranın cənubunda yerləşən Lərk adasına ABŞ tərəfindən həyata keçirilən hərbi təcavüzü kəskin şəkildə pisləyərək, bunun BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin açıq şəkildə pozulması olduğunu bildirib və BMT Təhlükəsizlik Şurasının təcavüzkar tərəfin məsuliyyətə cəlb edilməsi istiqamətində məsuliyyətini xatırladıb.

Bəyanatda əlavə olunur: İran İslam Respublikası BMT Baş katibinə, Təhlükəsizlik Şurasının sədrinə və Fars körfəzi və Hörmüz boğazında davam edən təhlükəsizlik problemlərindən narahatlığını bildirən bütün dövlətlərə xatırladır ki, regionda gəmiçilik yollarının təhlükəsizliyinin pozulmasının yeganə səbəbi ABŞ və İsrail rejiminin qanunsuz və təcavüzkar hərəkətləridir. Bu proses İrana qarşı fevralın 28-də (1404-cü il Esfəndin 9-da) həyata keçirilən hücumla başlayıb və son 6 ay ərzində dəniz blokadası, eləcə də müxtəlif təxribatçı və müdaxilə xarakterli tədbirlər də daxil olmaqla, müxtəlif formalarda davam edib.

İran Xarici İşlər Nazirliyi vurğulayıb ki, İran İslam Respublikasının Silahlı Qüvvələri təbii özünümüdafiə hüququndan istifadə etməkdə tərəddüd etməyəcək və düşmənin hər hansı hərbi təcavüzünə lazımi şəkildə qətiyyətlə cavab verəcək.