İslam İnqilabı Keşikçiləri Korpusu:
Düşmən psixoloji müharibə yolu ilə milli sabitliyi zəiflətməyə çalışır
İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı bildirib: Düşmən psixoloji müharibə yolu ilə milli sabitliyi zəiflətməyə çalışır.
“Pars Today”in məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun Kəşfiyyat Təşkilatı sosial şəbəkələrdə yayımladığı mesajda yazıb: İranlıların 200 günlük müqaviməti qarşısında çıxılmaz vəziyyətə düşən düşmən “psixoloji müharibə yolu ilə milli sabitliyi və dayanıqlılığı zəiflətməyə” çalışır.
Təşkilat vurğulayıb: İran xalqının cavabı aydındır və düşmənin komandanlıq imkanlarının pozulmasına, terrorçularla əməkdaşlıq edən şəbəkəyə zərbə vurulmasına, sabitliyi və birliyi pozmağa çalışan qüvvələrə qarşı mübarizəyə əsaslanır. Bu, düşmənin əvvəllər də gücünü gördüyü bir iradədir.