BMT İran və ABŞ-ı dialoqa qayıtmağa çağırıb
https://parstoday.ir/azeri/news/iran-i14244-bmt_İran_və_abŞ_ı_dialoqa_qayıtmağa_çağırıb
BMT-nin sözçüsü ABŞ-ın İranın Lark adasına hücumundan sonra tərəfləri təmkin nümayiş etdirməyə və dialoq və diplomatiyaya qayıtmağa çağırıb.
(last modified 2026-09-01T05:30:37+00:00 )
Sen 01, 2026 09:26 Asia/Baku
  • BMT İran və ABŞ-ı dialoqa qayıtmağa çağırıb

BMT-nin sözçüsü ABŞ-ın İranın Lark adasına hücumundan sonra tərəfləri təmkin nümayiş etdirməyə və dialoq və diplomatiyaya qayıtmağa çağırıb.

Pärs Today-in məlumatına görə, BMT-nin sözçüsü Stefan Dujarrik bu gün, bazar ertəsi, yerli vaxtla (ABŞ-ın şərq vaxtı) jurnalistlərə bildirib: «ABŞ ilə İran İslam Respublikası arasında atəş mübadiləsinin yenidən başlaması çox təəssüf doğurur. Təxminən bir ay ərzində nisbi sakitlik hökm sürürdü.»

 

BMT-nin sözçüsü bildirib ki, BMT-nin baş katibi bir daha bütün tərəfləri maksimum təmkin nümayiş etdirməyə çağırır. O, diplomatik fəaliyyətə və danışıqlara qayıtmağa çağırıb. Bu danışıqlar razılaşmanın əldə olunmasına və regionda sabitlik və etimadın bərpasına kömək etməlidir.

 

Qeşm rayonunun qubernatoru Hüseyn Əmir Teymuri bazar ertəsi İRNA müxbirinə açıqlamasında bildirib ki, ABŞ-ın bazar günü axşam Lark adasına hücumu zamanı 2 nəfər şəhid olub, bir neçə nəfər isə yaralanıb.

 

İslam İnqilabı Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr İdarəsi də bazar ertəsi səhər yaydığı bəyanatda bildirib ki, SEPAH-ın Aerokosmik Qüvvələri ABŞ–İsrail düşməninin bu hava təcavüzünə cavab olaraq İordaniyadakı ABŞ mövqelərinə qarşı kombinə edilmiş əməliyyat keçirib.

 

SEPAH bəyanatının sonunda Lark adasına həyata keçirilən hücuma toxunaraq vurğulayıb ki, təcavüz və hərbi əməliyyatlar İran İslam Respublikasının Hörmüz boğazı üzərində nəzarətinin zəifləməsinə səbəb olmayacaq və istənilən atəşə daha sərt cavab veriləcək.